İsfahan əyalətinə dron həmləsindən sonra İran İsrailə cavab vermək niyyətində deyil.
Yenicag.az EFE-yə istinadla xəbər verir ki, bunu general-mayor Əbdülrəhim Musəvi deyib.
O əlavə edib ki, İranın hava hücumundan müdafiə sistemləri bir neçə kiçik pilotsuz uçan aparatı vurub: “Bizim sayıqlığımız sayəsində havadakı hədəflərə zərbələr endirilib”.
Bundan əvvəl İsfahan və Təbriz şəhərləri yaxınlığında partlayış səsləri eşidilib, naməlum hava hədəflərinə qarşı hava hücumundan müdafiə sistemləri işə düşüb. İranda, o cümlədən Tehranın iki hava limanında normal uçuşlar bərpa edilib.
“The Washington Post” İsrail nümayəndəsinə istinadən yazıb ki, İsrail hərbçiləri cümə günü İran ərazisinə hava hücumu həyata keçirib. Bu, İranın raket və pilotsuz təyyarələrin İsrailə hücumlarına cavab olub.
www.yenicag.az