İraqın Cinayət Məhkəməsi Türkiyə vətəndaşı olan 16 qadın barəsində edam hökmü çıxarıb.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Al Sumaria” telekanalı məlumat yayıb.
Xəbərdə bildirilir ki, onlar İŞİD terror qruplaşmasına dəstək verməkdə ittiham ediliblər. Ali Məhkəmə Şurasının nümayəndəsi Əbdül Səttar Birkdar bildirib ki, müttəhimlər təhqiqat prosesində terror qruplaşmasının üzvü olduqlarını, silahlılara maddi-texniki dəstək verdiklərini etiraf ediblər.
Hökm İraqın terrorçuluğa qarşı qanunvericiliyinə uyğun olaraq qəbul edilib. Birkdar əlavə edib ki, müttəhimlər federal məhkəmədə qərara etiraz edə bilər.
Daha əvvəl qərb ölkələrinin mətbu orqanları İraqda bir neçə yüz İŞİD terrorçusunun arvadının həbs edildiyini xəbər verib. Onlar arasında Avropa İttifaqı, Asiya ölkələri, ABŞ və Rusiya vətəndaşları var.
www.yenicag.az