İraqda İŞİD-dən başqa hansı terror təşkilatları var?

media-hightechnic-468x90

olllllllllİraqda terror aktlarına və bir çox vəhşiliklərə imza atmaqla gündəmə gələn “İraq Şam İslam Dövləti” (İŞİD) adlı silahlı qruplaşmanın bölgə üçün də təhlükələr törədə biləcəyi istisna olunmur.

Lakin araşdırmalar zamanı məlum olub ki, İraqdan bölgəyə sıçrayacaq təhlükələrin adını yalnız İŞİD-lə bağlamaq da düzgün olmaz. Çünki İŞİD-lə paralel olaraq İraqda daha bir neçə terrorçuluq fəaliyyəti ilə məşğul olan qruplaşmalar, təşkilatlar mövcuddur. Bunlar radikal şiə və sünni ideyaları ilə silahlanan dəstələrdir. Lakin onların hamısını birmənalı olaraq terrorçu siyahısına əlavə etmək də olmaz. Bəzilərini ABŞ-ın İraqı işğal etməsini həzm edə bilməyən qüvvələr kimi xarakterizə etmək daha məqsədəuyğundur.

Modern.az saytı “Haberturk”ə istinadən həmin qruplaşmaların siyahısını təqdim edir.

“1920 İnqilab Tuqayları” adlı silahlı dəstə ABŞ qoşunlarına qarşı mübarizə aparmaq üçün yaradılıb. Təşkilat adını 1920-ci ildə İngiltərəyə qarşı başlamış silahlı üsyandan götürüb. Bağdad, Səlahəddin, Ənbar şəhərlərində təsir imkanları daha böyükdür. 2007-ci ildən “əl Qaidə” terror təşkilatının İraq bölməsini hədəfə aldığını bəyan edib.

İraq Milli İslami Müqavimət Partiyası 2003-cü ildə yaradılıb. Adıçəkilən qurum Həmas təşkilatının İraq bölməsi kimi qurulub. 2007-ci ilə qədər “1920 İnqilab Tuqayları” ilə birgə əməliyyatlar həyata keçirib. Lakin sonrada bu təşkilatla “Tuqaylar”ın yolu ayrılıb.

“Ceysul İslam” (İslam Ordusu) 2004-cü ildə ABŞ ordusuna qarşı yaradılıb. İraqdakı ən böyük silahlı qruplaşmalardan biridir. İslam Ordusunun 50 mindən çox yaraqlısı olduğu bildirilir. ABŞ və ingilis əsgərlərini hədəfə alan “Ceysul İslam” 2007-ci ildən “əl Qaidə”nin İraq özəyi ilə silahlı mübarizəyə qoşulub.

“Ceysul Mücahidin” (Mücahidlər Ordusu) adlı qruplaşma da 2003-cü ildə müttəfiq qoşunlarla mübarizə adı altında yaradılıb. Təşkilatın 4 mindən çox üzvü var. Mücahidlər Ordusu Bağdadın sünnilər yaşayan bölgələrində, Tikrit, Əbu Qureyb, Diyala, Ənbar, Fəllucə şəhərlərində fəaliyyət göstərir. Onlar şiələrin öldürülməsinin əleyhinə olduğu üçün İŞİD-lə müttəfiqliyi rədd edib.

“Şiə Bədr Tuqayları” adlı təşkilat isə 1981-ci ildə Kərbəlada yaradılıb. Sözügedən təşkilatın 12 mindən çox əsgərinin olduğu bildirilir. “Şiə Bədr Tuqayları” İran-İraq müharibəsində ikinciyə qarşı döyüşüb. İraqın baş naziri Nuri Əl-Maliki bu təşkilatın rəhbərliyində olan Hadi Əl-Amiriyə Müdafiə Nazirliyində vəzifə verib.

“Əhl Hak” qruplaşması da radikal şiəlik cərəyanının ideyaları ilə silahlanıb. Bu təşkilatın Suriya prezidenti Bəşər Əsəd qüvvələrinə dəstək verdiyi haqqında iddialar irəli sürülür.

Muxtar Ordusunun (Hizbullahın İraq qolu) 40 mindən çox üzvü var. Təşkilat ABŞ-ın terrorçu təşkilatlar siyahısında yer alıb. Bu təşkilat Səudiyyə Ərəbistanına qarşı təxribatları ilə tanınır. Muxtar Ordusu İraq şiələrinin lideri Ayətullah Sistaninin İŞİD-ə qarşı cihad çağırışına qoşulacağını bəyan edib.

“Sarallah Tuqayları” adlı silahlı dəstə Yusif Sənavi Musavinin başçılığı altında ərsəyə gəlib. Bəsrədə daha böyük nüfuza malikdir.

2003-cü ildə yaradılan “Mehdi Ordusu”nun Bağdadın Sadr bölgəsi, Bəsrə, Nəcəfdə daha geniş imkanları mövcuddur. Təşkilatın 60 mindən çox silahlı üzvü var. 2009-cu ildə silahı yerə qoyduğunu bəyan edən “Mehdi Ordusu” Sistaninin İŞİD-ə qarşı fitvasından sonra yenidən silahlı mübarizəyə qoşulacağı ilə bağlı müraciət yayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600