Yeni uşaq doğan qadınların düşməni olan HAL ANASI: Yəhudi mifologiyası ilə onu birləşdirən nədir? - ARAŞDIRMA

media-hightechnic-468x90

ƏVVƏLİ BURADA

Hal anasına qayıdaq. Cinlər tayfasından olduğu qəbul edilən Hal anası bütün türk əfsanələrində rastımıza çıxır. Mövzu ilə bağlı, bu və ya digər formada, bir-birindən müxtəlif fərqlənmələrlə oxşar süjetlər və inanclar məlumdur.

Yenicag.az-ın məlumatına görə, hal anası inanışlarda lohusa qadınları və uşaqları narahat edən fövqəltəbii qüvvədir.

Türk inanclarında fərqli adlarla anılan Hal anasına al, albastı, al karısı, al kızı, al anası, al avradı, albıs, almış, alpas, alpata, albalı, hal henesi, almastı, rusali, kayış ayak, albaslı katın, al apar ve hal karısı şəkillərində rast gəlinir. Türk mifoloji düşüncəsində Hal anasının üç versiyası fərqləndirilir. Bunlar Qara hal anası, qırmızı hal anası və sarı hal anasıdır.

Hal anaları böyük, uzun boylu, barmaqlı və dırnaqlıdır. Çox çirkin və iyrənc şəkildə təsvir olunan Hal anasının saçı uzun və qaradır, çox vaxt qırmızı paltarda təsvir olunur. Saçlı pərişan durumdadır, dişləri at dişi kmi iri və seyrək, ayaqları isə tərsdir. Hal anasının əsas qida mənbəyi lohusa qadınların və yeni doğulmuş uşaqların ciyərlərdir. Bulaq başında və ya meşəlik ərazilərdə yaşayır.

Ortaq türk inanışı halını alan Hal anası əfsanəsi dəyişik şəkillərdə analdılsa da, ortaq cəhət eyni funksiyanı yerinə yetirməsi və çox çirkin formada təsvir edilməsidir. Dobruca türklərində “albastı” paltarsız, çılpaq halda təsvir olunur, məmələrini çiyinlərinə atıb gəzən varlıq kimi bəhs edilir. Bu mövzulu Azərbaycan əfsanələrində də Hal anası döşlərini çiyinlərinə atıb gəzən biridir.

Hal anasının nə üçün qadınlara və uşaqlara düşmn kəsildiyi bəlli deyil. Məslən, Lilitlə və anlatdığımız digər əfsanələrdə uşaq qatilinə çevrilən varlıqların keçmişində öz uşaqlarının öldürüldüyünü gördük. Fəqət Hal anası ilə bağlı əfsanələrdə bu motivə rastlamırıq. Yayğın fikir bundan ibarətdir ki, insanlarda Hal anası inancının yaranması doğuş zamanı və ya sonrasında uşaqla qadınların ölməsilə bağlıdır. Yeni doğmuş qadınlarda psixolojik problemlərin yaşandığı gerçəkliyini də nəzərə alsaq, bu zaman onlar arasında intihar hallarının mövcud olduğunu söyləmək olar. Xalq inanışı müasir tibbin çözdüyü bu problemləri aydınlaşdırmaq üçün ilkin əfsanə motivinə müraciət edərək özlərinə görə məsələyə münasibət bildirmişdirlər. Nəticədə bu, inanc halından əfsanəyə çevrilmişdir. Tapılan çözüm o qədər təsirli olub ki, bu bütün türk mədəniyyətinə yayılaraq günümüzədək gəlib çatmışdır. Hal anasının öldürdüyünə inanılan qadınlar və uşaqların arxasınca “hal apardı” ifadəsinin səsləndirilməsi də bu qəlib ifadənin yaranması ilə nəticələnmişdir. Hal basan qadınlarda müşahidə edilən halətlər yuxuda ikən danışa bilməmələri, boğulmaları, keçici iflic yaşamalarıdır. Hal anası inancı o qədər geniş yayılmışdır ki, təzə övlad dünyaya gətirmiş qadınlar ilk həftə yalnız buraxılmır, onların yanında ya anaları, ya da yaxın əqrəbaları keşik çəkir. Çünki Hal anasının hədəfi yaınız olan qadınlar və nəzarətsiz uşaqlardır. Türklər Hal anasından qorunmaq üçün yalnız keçik çəkməklə qalmırlar, həmçinin müxtəlif önləmlər də alırlar. İslam dini türklər arasında yayğınlaşdıqdan sonra lohusalıq dnəmində olan qadınlaırn başlaırnın üstünə Quran kitabının qoyulması adət halını almışdır. Bundan başqa, kipr türkləri Hal anasından qorunmaq üçün lohusa qadının başının üstünə mələyin içində soğan, qıyıq və ya iynə qoyur, qapıya süpürgə dayadılır, qadının ərinin pencəyi yatağın üstündən asılır. Özbəkistanda “iki kat ayal” (ikicanlı qadın) doğana qədər saçları kəsilmir, doğumdan sonra yanına çörək, soğan, sarımsaq, duz, bibər, bıçaq və s. şeylər   qoyulur. Özbəkistandakı saç kəsməmə adəti Azərbaycanda da vardır. Hal anası ilə bağlı danışlıan əfsanələrin birində Hal anası ilə qarşılaşdığın zaman onun saçından bir tel oparıb özünə bənd etmə süjeti vardır. Ümumiyətlə, Azərbaycan xalq inancında saç və dırnağın magik gücə malik olduğu bildirlir. Buna görə də qadınlar saçlarını kəsib atmır, yamdırmaa üstünlük verir, üstəlik, gecə vaxtı dırnaq və saç kəsilməsinə çox rastlanmır. Çünki müəyəyn cadu əməllərində ən çox istifadə edilən şey saç və dırnaqdır.

Türkmənlərdə isə lohusanın yastığına sancaq bağlanması geniş yayılıb. Həmçinin yastığın altına bıçaq və çörək qoyulur. Hələb türkmənləri də qadının boynuna dua asır, döşəyinə iynə sancılır. İraq türkmənləri qapıda od qalayır, qırxı çıxmamış qadının boynuna qara muncuq taxılır, qırğız və altay türkləri isə havaya atəş açır, müxtəlif səslər çıxararaq pis ruhları, Hal anasını qovurlar. Qarapapaq türkləri hal aparmasından qorunmaq üçün soğan və ya sarımsaqdan istifadə edir, dəmir döyürlər. Axısxa türkləri də qapının ağzına dəmir qoyaraq cinlərin içəri girməsinin qarşısını aldıqlarını düşünürlər. Hal anasının dəmir və ya dəmirdən hazırlanmış sancaqla, iynəylə qorxudulmasının, bununla ondan qorunma motivinin özü də maraqlıdır. Bəlli olduğu kimi, türklər Ərəgnəkon dağında qaldıqları zaman Bozqurudn yarıdmı ilə oradakı dəmiri əridib dağdan çıxmıdırlar. Hal anası inanclarında da dərmidən istifadə olunması, zənnimizcə, təsadüf deyi və onlar arasında bağlılığın olması güclü ehtimallardandır. Xüsusilə istər türk, istərsə də digər demonik varlıqların dəmirdən qorxması kişi hegemoniyasının rəmzi halı kimi dəyərləndirilə bilər. Dəmirdən qorxan demonik varlıqların böyük çoxluqla qadın olması da bu ehtimalı gücəndirir.

Eynilə hal anasında olduğu kimi, yəhudilər də Lilitdən qorunmaq üçün sancaqdan və duadan sitfadə edirlər. İnanca görə, Lilit üzərində sancaq olan və dua asılan uşaqlara toxunmamağa and içib. Həmçinin hər iki inancda da cinləri sancaqla özünə bənd etmə motivi vardır.

Adını çəkdiyimiz türk xalqlarının bəzilərində Hal anası normal insan görününşündə olsa da, bir çoxunda o, keçi, köpək başda olmaqla, bir çox heyvana dönərək insanlara görünə bilər. Bundan başqa, bəzi inanclarda hal anasının ikicinsli olduğu vurğulanmaqdadır. Yəni motiv lohusa qadından çıxıb ümumi qadın iblis halını almışdır. Burada da Lilit əfsanəsi ilə oxşarlıqlar vardır. Çünki Lilit də yalnız uşaqların deyil, kişilərin də qəniminə çevriləcəyinə and içmişdir. Hal anası da cins dəyişdirərək kişilərə görünə bilir. Bu da dində keçən cünub halının Hal anası tərəfindən gerçəkləşdirildiyi fikrini yaratmaqdadır. Hal anasına bəzi Azərbaycan dastanlarında da rastlayırıq. Ancaq bu dastanlarda o, pis obraz olaraq keçmir. Dastanın əsas qəhrəmanlarına kömək edən, onların çətin vəziyyətlərində yol göstərən biri kimi təsvir edilir.

Yekunlaşdıraraq nümunələr gətirdiyimiz müxtəlif coğrafiyalarda məskunlaşmış xalqların mifoloji mətnlərində, əfsanələrində keçən eyni motivli hadisələr arasındakı bənzərliklərə və fərqliliklərə diqqət çəkərək bir-birindən uzaq mədəniyyətlərə və yaşam tərzlərinə malik xalqlar aarsında eyni süjetlərin yayılması haqda mülahizələr irəli sürdük. Anlaşıldığı qədər, Tövratda yarımçıq anladılan Lilit süjeti yəhudilər tərəfindən fərqli cür yorumlanaraq “pis qadın” obrazı yaradılmışdır. Bu pis qadın obrazı yunan, yapon, türk xalqları arasında da geniş yayılaraq fərqli adlarla adlandırılmışdır. Əslində, gətiridiyimiz nümunələrdəki Hal anası, Lamia, Medea, İzanami obrazlarının hər biri daxilində Lilit xarakterini daşımaqdadırlar. Bu da bizə bəhs etdiyimiz əfsanəvi varlıqların arxetipinin Lilit olduğunu deməyə əsas verir.

Hal anası ilə Lilitin uşaqları düşmən kimi görmələri, onlara qənim kəsilmələri, hər iksindən qorunmaq üçün mədəniyyətlərdə müxtəlif vasitələrdən, ən çox da sancaq və iynədən, həmçinin duadan istifadə olunması, qadından intiqam motivinin mövcudluğu, xarici görünüşlərindəki bənzərlik, heyvan görünümündə olmaları, gecələr kişilərin yuxusuna girib onlara cünub halını yaşatmaları hər ikisi arasında oxşarlıq təşkil edir. Bununla belə, Hal anasının nə üçün uşaqları və qadınları özünə hədəf seçdiyi bəlli deyil. Qeyd etdiyimiz kimi, Hal anasının ortaya çıxışını lohusalıq dönəmində yaşanan psixooji halətlərlə izah etməyə çalışırlar. Hətta bu işdə müasir dövrdə psixologiya və ginekologiya elmlərinin məlumatlarından da yararlanılır, qadınların hamiləlik zamanı, doğumdan sonra nə kimi psixoloji və fizioloji dəyişikliklər yaşadığı elmi araşdırma predmeti halına gətirilir.

Göründüyü kimi, Lilitdən fərqli olaraq, Hal anasının ortaya çıxışı hər hansı dini motivdən qaynaqlanmır, bu, türklərin doğum zamanı ölüm hadisələrini aydınlaşdırmaq cəhdinin nəticəsi hesab edilə bilər. Lilitin və bəhsini etdiyimiz digər “qadın iblis”lərin uşaq qatilinə çevrilməsi ölümlə əlaqələndirildiyi halda, Hal anası birbaşa ölümü təmsil etməkdədir. Bəzi türklərdə Hal anasının müsbət obraz kimi ələ alınması da Lilitin ilk çağlarındakı “cənnət qadını” hallarının arxetipi olaraq düşünülə bilər.

Yekun olaraq onu söyləyə bilərik ki, dini əfsanələrin başqa-başqa mədəniyyətlərdə bu və ya digər formada dəyişikliyə uğrayaraq öz mövcudluğunu qorunması yalnız və yalnız ibtidai insan geninin qalıqlarının müasir zamana və dolayısı ilə çağdaş düşüncəyə daşınmasının nəticəsində ola bilər. Çünki xalqların dini əfsanə istehsalı bu gün də davam etməkdədir və prosesin səngiməsi ön görülmür.

Yazı silsisləsinin sonu.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa