Qadınları gözləyən "SÜNİ" TƏHLÜKƏ – Rəqəmsal inqilabın qurbanları onlar olacaq?

media-hightechnic-468x90

Böyük Britaniyada aparılan araşdırma qadınların çalışdığı bir çox peşələrin süni intellekt və avtomatlaşdırma səbəbindən kişilərin işlədiyi sahələrə nisbətən təxminən iki dəfə daha çox risk altında olduğunu üzə çıxarıb.

Xüsusilə inzibati işlər, katibəlik, mühasibatlıq, kassirlik və müxtəlif ofis işləri kimi peşələrdə qadınlar üstünlük təşkil etdiyinə görə süni zəkanın bu sahələri əvəz etmə ehtimalı daha yüksəkdir.

Yenicag.az xəbər verir ki, araşdırma Böyük Britaniyada aparılsa da, oradakı nəticələrin bir çox başqa ölkələr, o cümlədən digər Avropa ölkələri və ümumiyyətlə, inkişaf etmiş iqtisadiyyatlar üçün də oxşar ola biləcəyi vurğulanır.

Yəni məsələ təkcə bir ölkə ilə məhdudlaşmır, bu, qlobal tendensiya kimi qiymətləndirilir.

Digər tərəfdən, məlum olub ki, qadınların süni zəka alətlərindən istifadə etmə ehtimalı kişilərlə müqayisədə təxminən 20 faiz aşağıdır. Bu isə onu göstərir ki, qadınlar həm mövcud işlərini itirmək təhlükəsi ilə daha çox üzləşir, həm də süni zəka ilə bağlı yeni yaranan imkanlardan geri qalırlar.

Hesabatlarda qeyd olunur ki, dünyada süni zəka sahəsində çalışan mütəxəssislərin cəmi təxminən 22 faizi qadınlardır.

“Supermums” adlı sosial platformada bildirilib ki, texnologiya çox sürətlə inkişaf etdikcə qadınların, xüsusilə də anaların geri qalma riski artır. Onların fikrincə, qadınlar tez‑tez evdən və ya yarımştat işləməyə imkan verən çevik işlər seçirlər. Belə iş yerləri isə, adətən, avtomatlaşdırmaya daha açıq olur. Buna görə də süni zəkanın yüksəlişindən ən çox zərər görən və bu dəyişikliklərin əsas yükünü daşıyan tərəf məhz qadınlar ola bilər.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa