İraqın şimalında türk əsgəri şəhid oldu – Yaralı da var

İraqın şimalında PKK terrorçularının açdığı atəş nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid olub, daha biri yaralanıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Terrorçular Türkiyə ordusunun “Pençe-Şimşek” antiterror əməliyyatının keçirdiyi bölgəni atəşə tutub.

Yaralı əsgər xəstəxanaya yerləşdirilib.