“İRƏLİ” də bu işdə öz üzərinə düşəni etdi

media-hightechnic-468x90

11657538_1031868666853006_1090051420_nİyunun 12-dən start götürən və 17 gün davam edən Birinci Avropa Oyunları artıq başa çatdı. 6 mindən çox idmançının mübarizə apardığı yarışların həm açılış mərasimi, həm də bağlanış mərasimi öz möhtəşəmliyi ilə seçildi.
MirHəsən Seyidov: “ “Bakı 2015” oyunlarıOlimpiyaOyunlarınıntarixindəsadəcə, birinciAvropaOyunlarıkimideyil, eynizamanda, əngözəloyunlarkimiqaldı.
Təşkilatçılıq sırasında gənclərin rolunu xüsusi vurğulamaq yerinə düşərdi ki, gənclərimiz gərgin iş qrafikində könüllü şəkildə oyunların komitəsinin tapşırıqlarını icra edir, sosial şəbəkələrdə istənilən məsələyə müdaxilə edə bilir, ölkəmizə qarşı qaldırılan iddialarda məsələləri arqumentləşdirə bilirdi. Bizim təşkilatda olan gənclərin də xüsusi rolunun olduğunu vurğulamaq yerinə düşərdi. “İRƏLİ” İctimai Birliyi də bu işdə öz üzərinə düşəni etdi. İrəlinin twitter hesabında #baku2015 twiti ilə bağlı 4513 twit paylaşıldı. Facebook sosial şəbəkəsində Bakı Olimpiya Oyunları haqqında hər gün müxtəlif açıqlamalar, müsahibələr, tədbirlər haqqında geniş məlumatlar verirdik.
“İrəli” İctimai Birliyi 28 May Respublika gününə həsr olunmuş, eyni zamanda Birinci Avropa Oyunlarına dəstək vermək məqsədiylə “Gənclər Təşkilatları arasında Atıcılıq Turniri” keçirdi. Turnirin məqsədi Bakıda ilk dəfə keçiriləcək Avropa Oyunlarına dəstək olaraq gənclər arasında idmana marağın artırılması, gənclərin hərbi vətənpərvər ruhda tərbiyələnməsini aşılamaq idi. Turnirdə 30-a yaxın gənclər təşkilatlarının rəhbərləri iştirak etdilər.
Azərbaycanda əsası Ümummilli lider tərəfindən qoyulan Gənclər Siyasətində aktiv rolu ilə seçilən İRƏLİ İctimai birliyi gənclərin həvəsləndirici tədbirlərdə iştirakını, beynəlxalq arenalarda təmsilçiliyi, kreativ düşüncəli gənclərin ideyalarının dəstəklənməsi və Avropa Oyunları ərəfəsində gənclərin daha çox idman tədbirlərinə cəlb olunmasını təşkil edirdi.
Eyni zamanda “İrəli” İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə həvəskarlar arasında velosiped yürüşü təşkil edib. Veloyürüşün məqsədi gənclərin sağlam həyat tərzinin formalaşmasına dair təbliğatın aparılması, gənclərin asudə vaxtının səmərəli təşkil olunması və günün əhəmiyyətinin onlara aşılanması idi.
İRƏLİ İctimai Birliyi gənclərin vətənpərvər ruhda, sağlam ruhda böyüməsi və Ulu Öndərin 92 ildönümü ilə bağlı 1-10 May tarixində birliyin üzvləri “Heydər Əliyev zirvesi”nə yürüşdə iştirak etmişdilər. 9, 10 May tarixində baş tutan yürüşdə İRƏLİ” İctimai Birliyinden iştirak edən fəal üzvlər 3571 m məsafəni qət etmiş və İRƏLİ bayrağını “Heydər Əliyev zirvesi”ni fəth etmişdilər. Yürüş iştirakçıları uğurlu iştiraka görə sertifikatlarla təltif olunmuşdur.
Bundan əlavə “İRƏLİ” İctimai Birliyi Heydər Əliyev Fondunun dəstəyi ilə 1 İyun 2015-ci il tarixindən etibarən başlatdığı DO! – Dostlarla Oyunlara kampaniyasına start vermişdi.
DO! – Dostlarla Oyunlara kampaniyasının əsas məqsədi uşaq evlərində mövcüd idman infrastrukturunun təşviqinə dəstək, məhəllə idmanına olan sevgi və ruhu geri qaytarmaq, eyni zamanda Azərbaycanın ev sahibliyi edəcəyi ilk Avropa oyunları ərəfəsində ölkəmizdə aparılan idman siyasətinə gənclər tərəfindən dəstək verməkdir.
DO! – Dostlarla Oyunlara kampaniyasına qoşulanlar həm Bakı 2015 ilk Avropa Oyunlarının tərkib hissəsi olaraq, həm də uşaq evlərindəki və məhəllələrdəki mövcüd idman infrastrukturunun daha da yaxşılaşdırılmasına dəstək olaraq idmanının inkişafına yardımçı olublar.
Kampaniya çərçivəsində stendlər Bakı şəhərinin doqquz müxtəlif mərkəzi küçələrində və alış-veriş məkanlarında yerləşdirilmişdir. Eyni zamanda səyyar şəkildə müxtəlif regionlarda (Gəncə, Şəmkir, Mingəçevir, Quba, İsmayıllı və s.) stendlər quraşdırılmışdır.
10 gün müddətində kampaniyanı Bakı şəhərinin gəncləri yüksək coşquyla qarşılamış və 18000-dən artıq şəxs xüsusi qolbaq əldə edərək kampaniyaya qoşulmuşdur. DO! #‎DostlarlaOyunlara kampaniyası Avropa Oyunlarına dəstək olmuşdur. ‬
DO! #‎DostlarlaOyunlara‬ kampaniyası regionlarda Bakı 2015 oyunlarının həyəcanını yaşatmış, region gənclərinə Avropa Oyunlarının təbliğat təşviqat kampaniyası aparılmışdır. Yüksək marağa səbəb olan kampaniya 5 gün müddətində 2000-dən çox region gəncini öz sıralarına daxil etdi.‬
Bu kimi fəaliyyətlər hər bir kəsin faydalandığı beynəlxalq anlaşmanın, dostluğun və sülhun gücləndirilməsində vacib rol oynayacaq. Və biz əminliklə deyə bilərik kii, qarşıda bizi gözləyən “Formula-1” və İslam Oyunlarına tam şəkildə hazır olacağıq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600