Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“İrəli” İB-də “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olundu

Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar olaraq, “İrəli” İctimai Birliyinin 2020-ci il üzrə fəaliyyət planı təsdiq olunub.

Yenicag.az xəbər verir ki, təşkilatın sədri MirHəsən Seyidov və təşkilati heyət “İrəli”nin fəal üzvləri ilə görüşüb. Görüşdə Birliyin 2020-ci il ərzində gerçəkləşdirməyi nəzərdə tutduğu fəaliyyət planı, həmçinin, “Könüllülər ili”ilə əlaqədar atıla biləcək addımlar müzakirə olunub. Birliyin sədri MirHəsən Seyidov cənab Prezidentin bu ili “Könüllülər İli” elan etməsi qərarının gənclərin sevincinə səbəb olduğunu, bunun ölkə gəncliyinə göstərilən böyük diqqət və qiymətin göstəricisi olduğunu vurğulayıb.

Görüşdə həmçinin, gənclərin müasir dövrdə istək və gözləntiləri müzakirə edilib, gənclərin səsləndirdiyi fikirlər qeydə alınıb.

www.yenicag.az

488
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM