!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İrəli” İctimai Birliyi 2023-cü ilin ilk təcrübə proqramını elan edir

!Reklam – Yazi

“İrəli” İctimai Birliyi gənclərin hərtərəfli inkişafı, o cümlədən yeni bilik və bacarıqların əldə olunmasına dəstək məqsədi ilə 2023-cü il üzrə ilk təcrübə proqramını elan edir.

Təşkilatın Mətbuat xidmətindən  Yenicag.az-a məlumat verilib ki, təcrübə proqramında proqramında iştirak etmək istəyən gənclər ictimaiyyətlə əlaqələr, layihələrlə iş, beynəlxalq əlaqələr, üzvlərlə iş, mərkəzlərlə iş, regionlarla iş, təhsil və təlim, gənclərlə iş, sosial iş istiqamətləri üzrə qeydiyyatdan keçə bilərlər. Proqrama qoşulmaq istəyən gənclərin seçim prosesi iki mərhələdə – müraciətlərin qəbulu və müsahibələrin keçirilməsi üzrə aparılacaq.

Təcrübə proqramına 17-24 yaşlarında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli və komanda ilə işləmə bacarığına sahib olan gənclər qatıla bilərlər. Üç ay davam edəcək müddətini uğurla başa vuran gənclər şəhadətnamə ilə təltif olunacaqlar.

Qeyd edək ki, təcrübə proqramı ödənişsiz şəkildə həyata keçirilir və müraciətlərin qəbulu 10 fevral 2023-cü il tarixinədək davam edəcək. Qeydiyyatdan keçmək istəyən gənclər aşağıdakı linkə keçid edə bilərlər: https://bit.ly/3wVp4hw

www.yenicag.az

137
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv