““İrəvan – 2018” ümumxalq qayıdış hərəkatıdır”

media-hightechnic-468x90

65074“İrəvan – 2018” Hərəkatı yeni yaranmasına baxmayaraq, artıq ölkədə əzəli və əbədi Azərbaycan torpağı olan İrəvan şəhərinin Ermənistan paytaxtı kimi tanınmasının 100 illiyinin qeyd edilməsi məsələsi cəmiyyətdə aktuallaşmağa başlayıb.

media-banner_tkm

Belə ki, artıq sosial şəbəkələrdə istifadəçilər bu hadisə ilə bağlı #iravan2018 haştağı ilə öz fikirlərini bildirir, bu hadisələrlə bağlı ciddi şəkildə müzakirələr və diskusiyalar aparırlar. “İrəvan – 2018” Hərəkatı bildirir ki, cəmiyyətdə mövzuyla bağlı yaranan bu aktivlikdən məmnundur. Hərəkatın təsisçisi, “Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu”nun sədri Zaur Qəriboğlu bu yöndə fəaliyyət göstərən bütün təşkilatların fəaliyyətlərini dəstəklədiklərini bildirir: ““İrəvan – 2018” Hərəkatı kiminsə adı ilə bağlı deyil. Bu ümumxalq qayıdış hərəkatıdır. Bu yöndə fəaliyyət göstərən bütün təşkilat və qurumları “İrəvan – 2018” adı altında birləşməyə dəvət edirik”.

Xatırladaq ki, indiyədək hərəkata ölkənin tanınmış ziyalıları, o cümlədən “Qarabağ Azadlıq Təşkilatı”, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi” kimi təşkilatlar da qoşulub. Əlavə hərəkata qoşulmaq istəyənlər [email protected] e-mail ünvanına yazaraq, qoşula bilərlər.

“Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu” İB Mətbuatla Əlaqələr Departamenti

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05