İrəvan addımbaaddım sülhdən YAYINIR: “Qarşıya qoyduğu bəzi məqsədləri gerçəkləşdirməyə çalışır”
“Ermənistan qarşıya qoyduğu bəzi məqsədləri gerçəkləşdirməyə çalışır”.
Bunu Yenicag.az-a açıqlamasında sülh prosesinin davam etdiyi zamanda Ermənistanın atəşkəs təxribatlarının əsas məqsədindən danışan politoloq Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, uzun müddət davam edən atəşkəsin son günlər intensiv şəkildə pozulmasını bir neçə kontekstdə qiymətləndirmək olar.
“İlk olaraq qeyd etmək lazımdır ki, burada Ermənistan qarşıya qoyduğu bəzi məqsədləri gerçəkləşdirməyə çalışır. Başlıca olaraq məqsəd indiki dövrdə Ermənistanın Azərbaycanın tələblərini arxa plana atmaqdır. Yəni atəşkəsin pozulması ilə dünyanın diqqətini Cənubi Qafqaza cəlb edərək tam hazır olmayan sülh sazişinin tez zamanda imzalanmasına nail olmağa çalışır. Bakının isə birmənalı şəkildə buna razı olmadığı bilən Ermənistan belə olan halda guya beynəlxalq çağırışlar üçün əlverişli zəmin yaradır”, – deyə o, bildirib.
Nəsimi Ələsgərli