“Fransanın Ermənistana dəstək verməsi ermənilərdə Azərbaycanla bağlı yeni fikirlər yaradır”.
Bu sözləri Ermənistan mətbuatında yenidən müharibə ritorikasının qabardılmasını Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynlinin sözlərinə görə, Qərb və Rusiya Qafqazdakı gərginliyin səbəbkarıdır.
“Ermənistan son zamanlar militarizm yoluna qədəm qoyub. Müxtəlif ölkələrdən silah alır. Hətta ABŞ də humanitar yardım adı altında Ermənistana silah göndərir. Onlar da bu silahları Azərbaycanla sərhəd bölgələrə çəkirlər. Təkrar etməkdən də çəkinmirlər ki, Azərbaycanla yeni müharibə gözlənilir. Bütün bunlar erməni avantürasıdır. Eyni zamanda da deyirlər ki, sülh müqaviləsinin imzalanmasına az qalıb”, – deyə o qeyd edib.
Politoloq vurğulayıb ki, bu məsələni bu həddə gətirən ABŞ ilə Rusiyadır.
“Son zamanlar Rusiya ilə Ermənistan yenidən yaxınlaşmağa başlayır. Bu səbəbdən də Ermənistan tərəfi ürəklənib. Belə görünür ki, Fransanın Ermənistana dəstək verməsi ermənilərdə Azərbaycanla bağlı yeni fikirlər yardır. Ona görə də erməni cəmiyyəti hələ də düşünür ki, qələbə qazana və torpaq işğal edə bilərlər”, – deyə o bildirib.
Səxavət Məmməd
www.yenicag.az