!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvan təxribatlarına zəmin hazırlayır – Ermənistanın müharibə RİTORİKASI

!Reklam – Yazi

“Sülh müqaviləsi yoxdursa, deməli, müharibə davam edir”.

Bunu Yenicag.az-a açıqlamasında genişmiqyaslı erməni təxribatlarının olacağı ilə bağlı yayılan iddialara aydınlıq gətirən hərbi ekspert Telman Qasımlı deyib.

O, hələ may ayında belə bir təxribatın olacağı ilə bağlı ehtimallar səsləndirdiyini qeyd edib.

“Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imtina etdiyi görüşdə Ermənistanın baş naziri Nikol Paşinyanı başa saldılar. Məhz bu hadisədən sonra Paşinyan işğal altında olan kəndlərin Azərbaycana qaytarılması və delimitasiya işlərinin başlanması ilə bağlı addım atdı.

İndi isə təxribatlar yenə də özünü göstərməyə başlayıb. Nəzərə almaq lazımdır ki, sülh müqaviləsi yoxdursa, deməli, müharibə davam edir. Sadəcə olaraq, müvəqqəti sakitlik var”, – deyə o əlavə edib.

Ekspert vurğulayıb ki, hazırda Ermənistanda Azərbaycana qarşı anti-təbliğat var.

“Ölkələrinə hücum ediləcəyi ilə bağlı xəbərlər tirajlanır. Lakin unudurlar ki, Azərbaycan münaqişəyə yox, parlament seçkilərinə, beynəlxalq iqlim tədbiri COP29-a hazırlaşır. Belə bir dövrdə nə üçün təxribatlara əl atılsın? Sadəcə, təxribat öncəsi nə qədər şər-böhtan olacaqsa, Azərbaycanın əleyhinə zəmin hazırlayırlar.

Oktyabr ayı üçün Kəlbəcər istiqamətində böyük təxribat hazırlanır. Hərbi qüvvələrin və texnikaların həmin ərazilərə toplanması fəallığı bunu deməyə əsas verir. Nə qədər buna risk edəcəkləri ilə bağlı isə zaman göstərəcək”, – deyə hərbi ekspert bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

323
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv