!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvan üçün böyük TƏHLÜKƏ: “Ermənistanı heç Qərb də qurtara bilməcəyək...” - DEPUTAT

!Reklam – Yazi

“İrəvanın Kremlin orbitindən tamamilə çıxması yalnız böyük təhlükə vəd edə bilər ki, nəticədə heç Qərb də Ermənistanı qurtara bilməyəcək”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın Qərbmeyilli siyasətinin Rusiya ilə mövcud olan gərgin münasibətlərə təsirindən danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Ermənistanın qərbmeyilli siyasətinin intensivləşməsi, ölkənin təhlükəsizliyin təminatı üçün müxətlif qüvvələrə müraciətlərin edilməsi təbii olaraq onsuz da gərgin fazada olan Rusiya-Ermənistan münasibətlərinə daha böyük zərbə vurur.

“Ermənistanın baş naziri Nikol Paşinyan hələ 2018-ci ildə hakimiyyətə gəldiyi zaman ölkəsinin üzv olduğu KTMT-yə qarşı sərt mövqeyi ilə Qərbin gözündə yüksəlməyi bacardı. 44 günlük müharibədəki məğlubiyyətindən sonra yenidən seçilməsində isə Qərbin dəstəyi oldu”, – deyə o bildirib.

Deputatın sözlərinə görə, İrəvanın hazırki Qərbmeyilli siyasəti Cənubi Qafqaza aidiyyatı olmayan ölkələrin regiona müdaxilə etməyinə əlverişli zəmin yaradır: “Bu isə birmənalı olaraq region ölkələrinin maraqlarına ziddir. Çünki Qərbin Cənubi Qafqazı mübarizə ərazisi kimi gördüyü açıq-aşkar hər kəsə məlumdur. Belə olan təqdirdə region ölkələri üçün heç də yaxşı gələcək vəd edilmir”.

Deputat qeyd edib ki, Paşinyanın Qərbmeyilli siyasəti fonunda Rusiyadan qopmaq mövqeyi hər kəsə aydındır. “Ancaq Ermənistanın tamamilə Rusiyadan qopması imkansızdır. Çünki iqtisadiyyatına baxsaq Rusiyadan asılı vəziyyətdə olduğunu görərik. İrəvanın Kremlin orbitindən tamamilə çıxması yalnız böyük təhlükə vəd edə bilər ki, nəticədə heç Qərb də Ermənistanı qurtara bilməyəcək. Çünki nə ABŞ, nə də Avropa qısa müddət ərzində Ermənistan üçün Rusiyanı əvəzləyəcək qüvvəyə çevrilə bilməz”, – deputat yekunlaşdırıb.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

588
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv