!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvan VAXTA İŞLƏYİR – “Ermənistanın hazırda planladığı əsas məsələ...”

!Reklam – Yazi

“Ermənistanın hazırda planladığı əsas məsələ qısa müddət ərzində razılaşdırılan tələblər çərçivəsində sazişin imzalanmasıdır”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın sülh prosesi ətrafında digər ölkələrlə məsləhətləşmələrinin mümkün nəticələrindən danışan politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, ilk öncə nəzərə almaq lazımdır ki, sülh sazişinin mətni razılaşdırılsa da, qarşıda duran əsas məsələ və tələbimiz Ermənistanın konstitusiyaya düzəliş etməsidir:

“Ermənistanın Baş naziri Nikol Paşinyan bu razılaşma ilə bağlı Rusiya prezidenti Vladimir Putindən sonra İran prezidenti Məsud Pezeşkiana zəng edib. Bu zəngin başlıca məqsədi onları İrəvan və Bakı arasında saziş bağlanması barədə danışıqların başa çatdığını bildirməsindən ibarətdir. Hərzamankı kimi, yəqin ki, növbəti zəng Fransa prezidenti Emmanuel Makrona olacaq”.

E. Şahinoğlu bəyan edib ki, Ermənistanın hazırda planladığı əsas məsələ qısa müddət ərzində razılaşdırılan tələblər çərçivəsində sazişin imzalanmasıdır:

“Tələbimiz olan konstitusiya dəyişikliyini isə sazişin imzalanmasından sonraya saxlamağı hədəfləyiblər. Lakin biz qəti olaraq buna razı ola bilmərik. Çünki Ermənistanın heç bir vədinə inanmaq olmaz. Əlavə olaraq Ermənistanda keçirilən sorğuların nəticələrində cəmiyyətin hələ konstitusiya dəyişikliyinə hazır olmadığı və ümumiyyətlə, bunun əleyhinə olduqları görünür. Bir sözlə, əgər sülh müqaviləsi imzalanırsa, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olan müddəalara düzəliş etmək zəruridir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

112
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv