!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanda aksiyalar: Baqratın tərəfdarları azalır – VİDEO

!Reklam – Yazi

Bakı ilə İrəvan arasında delimitasiya və demarkasiya məsələlərinin müəyyən qədər öz həllini tapmasından sonra Ermənistanda keşiş Baqratın təşkilatçılığı ilə böyük aksiya başlandı. Etirazçılar Azərbaycana yaxın kəndlərdən başlayaraq İrəvana qədər yürüş keçirdi. Buna baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan təzyiqlərə tab gətirə bildi. Həmçinin baş nazir atdığı addımlarla Ermənistanın gələcəyini düşündüyünü açıqladı. Son proseslərdə isə Baqratın tərəfdarlarının azaldığı, Paşinyanın isə üstünlüyü yenidən əlində cəmlədiyi müşahidə edilir.

Mövzu ilə bağlı Yenicag.az-a fikirlərini səsləndirən politoloq İlyas Hüseynov bildirib ki, Ermənistanda hazırda daxili siyasi gərginlik hökm sürsə də, hakimiyyət müəyyən qədər prinsipiallıq göstərir:

“Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində baş verən proseslərin xüsusilə Qərb mediasında işıqlandırılmayacağına güvənir. Bu isə Paşinyanın “əl-qolunu açır”, yəni nümayişlərin qarşısını istədiyi kimi alır. Hüquqi cəhətdən etirazçıların Paşinyana qarşı impiçment iddiası da fiyaskoya uğradı”, – deyə politoloq bildirib.

Ətraflı videonu təqdim edirik:

Nəsimi Ələsgərli
Samir Məcidov

www.yenicag.az

1033
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv