Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İrəvanda etiraz aksiyası - Saxlanılanlar var / VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar İrəvanın iki prospektini bağlayıblar.

Yenicag.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Məlumata görə, aksiyanı dağıtmaq üçün hərbi bölmələr də cəlb edilib. Onların arasında Ermənistan parlamenti Aparatının keçmiş rəhbəri Ara Saqatelyan, separatçıların nümayəndəsi Tiqran Abramyan, keçmiş deputat Miqran Akopyan və başqaları da var.

Etirazçılar küçələri avtomobillərlə bağlayıb.

Polis əməkdaşları evakuatorların yardımı ilə yolu açmağa başlayıb.

“Respublika” meydanına avtoyürüş təşkil etməyə çalışan şəxslərin qarşısını alıb.

Agentlik qeyd edib ki, polis əməkdaşları aksiyaçılara qarşı zorakılıq tətbiq edib.

Aksiyaçılardan bəziləri saxlanılıb.

www.yenicag.az

187