İrəvanda etirazlar davam edir
İrəvanın mərkəzində vəziyyət nisbətən sabitləşib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu gecə etiraz aksiyaları Baqramyan prospektində və yaxınlıqdakı Azadlıq meydanında davam edib.
“Qarətə yox!” hərəkatının fəalları Azadlıq meydanına keçiblər. Baqramyan prospektində qalan 1000 nəfərədək etirazçı isə hərəkatı satqınlıqda ittiham edərək mübarizəni sonadək aparacaqlarını bildirib.
Ermənistan hüquq-mühafizə orqanlarının rəhbərləri dəfələrlə aksiya iştirakçılarına qarşı güc tətbiq ediləcəyi barədə bəyanatlar versələr də, polis aksiyalara müdaxilə etməyib.
Xatırladaq ki, İrəvanda və Ermənistanın digər şəhərlərində elektrik enerjisinin bahalaşması əleyhinə kütləvi etiraz aksiyaları keçirilir.