!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanda qondarma “soyqırım” DAVASI: Ermənilərdən Paşinyana Türkiyə İTTİHAMI - Say dartışması nəticəsiz qaldı

!Reklam – Yazi

Ermənistan hökumətinin 1915-ci il hadisələri zamanı ölən ermənilərin sayını adla müəyyən etmək təşəbbüsü iqtidar və müxalifət dairələri arasında fikir ayrılığına səbəb olub.

Yenicag.az xəbər verir ki, erməni KİV-lərinin məlumatına görə, parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Andranik Köçəryan 1915-ci il hadisələrində ölən ermənilərin adının və soyadının müəyyənləşdirilməsinə çağırıb.

Köçəryan parlamentin YouTube səhifəsində dərc olunan bəyanatında iddia edir ki, məqsəd sözügedən şəxslərin adlarını və yerlərini müəyyən etməkdir.

Mətbuata əvvəlki müsahibələrində “Baş nazir Nikol Paşinyan da bu məsələni dəstəkləyir və onun həlli üçün hüquqi baza yaratmaq istəyir” deyən Köçəryan müxalifətin reaksiyası ilə bağlı açıqlama verib.

Uzun illər Ermənistanda 1915-ci il hadisələrində ölənlərin sayının araşdırılması məsələsi tabu sayılırdı. Siyasətçilər və tarixçilər ümumiyyətlə tarixi hadisələrin bu aspektinin təhlilinə qarşı çıxırlar.

Oxşar araşdırmada 200-300 min ad müəyyən edilib.
Ermənistan Milli Arxivinin keçmiş direktoru, tarixçi Amatuni Virabyan bildirib ki, əvvəllər 1915-ci il hadisələri zamanı ölənlərin adlarını dəqiqləşdirməyə çalışıblar, lakin nəticəsiz qalıb.

“Biz yalnız 200-300 min nəfərin adını tapa bildik”, – deyən Virabyan hökumətin təşəbbüsünün ermənilərə sərfəli olmadığını iddia edib.

Administrasiyanın adlar siyahısını tərtib etmək cəhdi Ermənistanda geniş şəkildə tənqid olunub.
Ermənistan müxalifəti Paşinyana ən yaxın adamlardan biri olan Köçəryanın sözlərinə reaksiya verib.

Ermənistan Respublika Partiyasının üzvü, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov iddia edib ki, Paşinyan konkret məqsədlə qondarma “soyqırımı” insanlara unutdurmağa çalışır.

Tanınmış müxalifətçi Lusine Haroyan sosial şəbəkələrdəki paylaşımında hesab edir ki, hökumət bu təşəbbüslə qondarma “soyqırımı” inkar etmək yolunu tutur.

Tarixçi Açatur Stepanyanın sözlərinə görə, administrasiya ermənilər üçün müzakirə oluna bilməyən arqumentləri şübhə altına alır və hökumətin təşəbbüsünün ermənilərin bu günə qədər bu mövzuda yazdığı konfransları, kitabları və doktorluq dissertasiyalarını etibarsız hesab etdiyini iddia edir.

Tarixçi Mikael Martirosyan iddia edir ki, bu təşəbbüs Türkiyənin planıdır və hökumət qondarma soyqırımı, “dəyişən tarixi” inkar edəcək.

Gümrü Dövlət Pedaqoji İnstitutunun da tarix fakültəsinin müəllimi Qaqik Hambaryan qeyd edib ki, Paşinyan Türkiyənin göstərişi ilə qondarma soyqırımın olmadığını sübut etməyə çalışır.

Ermənistanın paytaxtı İrəvandakı qondarma soyqırım muzeyinin keçmiş əməkdaşı Suren Manukyan hökumətin təşəbbüsünün çox təhlükəli olduğunu və ölənlərin siyahısının tərtib edilməsi ideyasının 1960-cı illərdən Türkiyənin gündəmində olduğunu bildirib.

Köçəryanın gedişindən sonra başlayan müzakirələrə erməni diasporunun bəzi nümayəndələri də qoşulub.

Paşinyan administrasiyasına ünvanlanan tənqidlərin bir çoxunda Paşinyanın 1915-ci il hadisələrinin “soyqırım” olduğuna inanmadığı və ölənlərin sayının 1,5 milyon nəfər olduğu iddiaları yer alıb.

Analitik Hakob Badalyan hökumətin çağırışını “Türkiyənin xeyrinə əla və sürətlə inkişaf edən arqument” adlandırıb.

COP29

www.yenicag.az

141
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv