!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanda rəsmi proses başlayıb: “Bu, Rusiyanın siyasi maraqlarına ziddir”

!Reklam – Yazi

 

“Ermənistanın Qərbə olan meyli Rusiyanın siyasi maraqlarına ziddir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, 2018-ci ildə Qərbin dəstəyi ilə Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndən sonra rəsmi proses başlayıb.

“Doğrudur, Ermənistan vaxtı ilə Rusiyanın çətiri altında olsa da, bu gün açıq-aşkar Qərbin təsiri altındadır. Bu proseslər getdikcə daha da özünü büruzə verməyə başlayıb, çünki Nikol Paşinyan Qərbin kadrıdır və onun maraqlarına xidmət edir”,- deyə o əlavə edib.

Siyasi şərhçi Azərbaycan-Rusiya münasibətlərindən də danışıb:

“2022-ci ildən başlayan Rusiya və Ukrayna arasında müharibədən istifadə edən NATO Ukraynaya hərbi yardım göstərərək, ən böyük rəqibi olan Rusiyanı siyasi cəhətdən zəiflətməyə çalışır. Bu zəifləmə və Qərbin Cənubi Qafqaza soxulması Rusiyanın buradakı təsir imkanların azaldır. Rusiya da öz növbəsində Türkiyə və digər dövlətlər ilə əməkdaşlığı artırmaq və Cənubi Qafqazda yenidən təsir əhatəsini böyütmək üçün Azərbaycanla sıx əlaqədə olur. Bu da indiki məqamda rəsmi Bakının siyasi maraqlarına uyğundur”,- deyə o bildirib.

Mayıl Soltanov

COP29

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv