!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvandan çirkin məqsədli SİYASƏT: “Ermənistan Azərbaycanı təxribata çəkir”

!Reklam – Yazi

“Ermənistanın məqsədi Azərbaycanı təxribata çəkmək və bütün dünyada Azərbaycanı təcavüzkar kimi göstərməkdir”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistan tərəfinin atəşkəsi pozması və bunun səbəblərini dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov bildirib ki, Ermənistan Azərbaycanı təxribata çəkir.

“Azərbaycan tərəfi digər vaxtlara nisbətdə ayıqdır. Baxmayaraq ki, qalibiyyət olan yerdə daim arxayınlıq olur. 44 günlük savaşdan sonra Azərbaycan tərəfi arxayın olmadı. Əksinə, hərbi qüvvələrinin sayını artırdı, komando bölmələri yaratdı, yeni silahlar aldı. Eləcə də, Qarabağ erməni separatçılarından təmizləndən sonra da Azərbaycan tərəfi arxayınlaşmadı. Öz silahlı qüvvələrini möhkəmləndirməklə məşğuldur. Mühəndis istehkam işləri görülür, hərbi hissələrin döyüş qabiliyyətinin artırılması üçün addımlar atılır”, – deyə o qeyd edib.

Ekspert əlavə edib ki, bütün bunlardan nəticə çıxaran ermənilər Azərbaycan tərəfinin səbrini sınamağa çalışırlar.
“Ona görə də, Naxçıvan tərəfindən atəşkəsi pozmağa çalışırlar. Eyni zamanda, Naxçıvana yeni təyin olunan komandanı provakasiyaya çəkmək istəyirlər. Əvvəlki komandanlıq uzun müddət idi orada xidmət edirdi. Yeni komandan isə döyüşlərdən çıxmış bir zabitdir. Onu provokasiyaya çəkmək istəyirlər. Bununla da apardıqları informasiya savaşının arxasını möhkəmləndirirlər ki, Azərbaycan tərəfi bizi hədəfə alıb, hücum edəcək və daha çox kömək lazımdır.

Göründüyü kimi nə Ermənistan tərəfi, nə də Qərbin nümayəndələri bu məsələni təsdiq etmir. Bütün bunlar onu göstərir ki, baş verənləri Azərbaycanın üzərinə yıxmaq istəyirlər. Atəşkəsi pozmaqda Rusiyanın da, Qərbin də, elə Ermənistan hakimiyyətinin də əli ola bilər. Məqsəd Azərbaycanı təxribata çəkmək və bütün dünyada Azərbaycanı təcavüzkar kimi göstərməkdir”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

164
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv