!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvandan Moskvaya MƏCBURİ REVERANS: “Ermənistanın Qərbin plasdarmı olmasına...”

!Reklam – Yazi

“Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Moskvadan tamamilə qopa bilməyəcəyini yaxşı anlayır”.

Bu fikirləri yaxın keçmişdə Rusiya ilə münasibətləri kəskin dəyişən Ermənistanın son zamanlar müşahidə olunan Moskvaya yönəlik reveranslarında Qərb faktorunun rolunu şərh edən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.O bildirib ki, Ermənistan-Rusiya münasibətlərində Qərbin təhrikedici mövqe tutduğu hər kəsə məlumdur:

“Ermənistanın müstəqil ölkə kimi sərbəst qərar verə bilmədiyi aksiomdur. Son proseslərdə isə Ermənistan ərazisində Avropa İttifaqı mülki monitorinq missiyasının fəaliyyət müddətinin uzadıldığını, yeni nümayəndəliklərin açıldığını müşahidə edirik.

Bu da Qərbin Ermənistan ərazisində həyata keçirdiyi konfiqurasion dəyişikliklərin nəticəsidir. Mülki missiya adı altında guya Ermənistanın Azərbaycanla şərti sərhədində müşahidə aparacaq 200 nəfərlik şəxsi heyətin əslində, İran və Rusiya əleyhinə kəşfiyyat şəbəkəsi formalaşdırdığı da sirr deyil.

Qərbin burada əsas məqsədi Ermənistanı birbaşa olaraq Rusiyanın orbitindən çıxarmaq yox, İrəvan hakimiyyətini Kremldən incik salmaq və Moskvanın İrəvanı cəzalandırsa belə, Ermənistan ərazilərinin Qərbin plasdarmı olmasına göz yummasıdır.

Ancaq nəzərə alınmayan bir detal var və onu Ukraynada da müşahidə etdik. Rusiya heç bir strateji əhəmiyyəti olmayan kiçik Ermənistanı itirmək istəmir. Eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyan da İrəvanın Moskvadan tamamilə qopa bilməyəcəyini yaxşı anlayır.

Çünki Ermənistan iqtisadiyyatı demək olar, Rusiyadan asılıdır. Bu səbəbdən, Rusiyanın “ip”ini boynundan tam çıxara bilmir. Ona görə də İrəvandan müəyyən geriçəkilmələr müşahidə edilə bilər. Ancaq bu da Ermənistanın səmimi mövqeyi deyil”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

272
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv