!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın Qərb və Rusiya arasında ÇARƏSİZ “MANEVRİ”: “Təxribatçı addımlara son qoymasa...”

!Reklam – Yazi

“Ermənistan bir dövlət kimi öz varlığını davam etdirmək istəyirsə, regionda söz sahibi olan Azərbaycanla ortaq dil tapmalıdır”.

Bu fikirləri Ermənistanın Qərb və Rusiyaya yönəlik ikili siyasətinin İrəvan üçün yaratdığı təhlükələri dəyərləndirən politoloq Anar Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyan öz aləmində iki böyük güc arasında “manevr” etməklə, müəyyən maraqlarını təmin etməyə çalışır:

“Ancaq Ermənistan iki böyük güc arasında “manevr” etməyə çalışmaqla, onların ayağı altında qalacağını dərk etmir. Rusiyanın yüksək vəzifəli rəsmiləri tərəfindın Ermənistanı “ağıllı olmağa” çağıran mesajlar verildiyinin dəfələrlə şahidi olmuşuq.

Ötən ilin dekabrında Rusiyada keçirilən qeyri-rəsmi görüşdə Paşinyana qulaqburması verilməsi Ermənistanın Qərb siyasətində müəyyən korrektələr etməsi ilə nəticələndi. Paşinyan isə hiyləgər siyasətçi olaraq, Gürcüstan və Ukraynadan ibrət götürərək, Rusiyanın bu addımlarının hansı təhlükələr yarada biləcəyini yaxşı anlayır.

Gücsüz və dalana dirənən Ermənistan artıq Qərb üçün də lazımlı deyil. Belə olan halda İrəvan da öz maraqlarını üstün tutan Qərbə arxalanmağın heç də düzgün siyasət olmadığını anlayır. Ermənistan bir dövlət kimi öz varlığını davam etdirmək istəyirsə, regionda söz sahibi olan Azərbaycanla ortaq dil tapmalıdır. Ən əsası isə müharibə cinayətlərinə və təxribatçı addımlarına son qoymalıdır”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv