!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İş vaxtı üçün bunlar qadağandır – Bu hallarda işə cəlb edilməsinə icazə verilir

!Reklam – Yazi

“Ağır və zərərli sahələrdə işləyən işçilərin Əmək Məcəlləsində nəzərdə tutulan digər hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında işçilərin istirahət günlərində və iş saatından daha artıq işə cəlb edilməsi haqda danışan hüquqşünas Azər Quliyev deyib.

Onun sözlərinə görə, işçilərin iş vaxtı, gündəlik, həftəlik, aylıq iş rejimi Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər əmək qanunvericiliyi ilə tənzimlənib:

“İşçilərin iş vaxtı, gündəlik, həftəlik, aylıq iş rejimi və iş vaxtının cəmlənmiş uçotu necə tənzimlənməli, normadan artıq işə çağırmağa icazənin olub-olmaması, normadan artıq işləyən, istirahət, bayram və digər qeyri-iş günlərinində işçilərin əmək haqqının necə ödənilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər əmək qanunvericiliyi ilə tənzimlənib”.

Hüquqşünas qeyd edib ki, tam iş vaxtı müddəti Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

“Gündəlik normal iş vaxtının müddəti 8, həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsal, iş, xidmətin, əmək şəraitinin xarakterindən asılı olaraq, işəgötürən həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz. İş vaxtından artıq iş işəgötürənin əmri və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Bu yalnız müstəsna hallarda – təbii fəlakətin, istehsalat qəzası, digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tez korlanan malların itkisinin qarşısını almaq məqsədi ilə Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir, – deyə o bildirib.

A.Quliyev vurğulayıb ki, xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin Əmək Məcəlləsində nəzərdə tutulan digər hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir:

“Qeydiyyat dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda, qeydiyyat dövrü bir ildən artıq, gündəlik işin müddəti isə 12 saatdan çox ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş: gündəlik, həftəlik, aylıq iş saatlarından çox olan iş saatları üçün, habelə: istirahət, bayram, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ya ümumxalq hüzn günü görülən işə görə işçilərin əməkhaqqı gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla ödənilməlidir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

475
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv