Vətən müharibəsi zamanı keçirilən XİN rəhbərlərinin görüşünün detalları İLK DƏFƏ AÇIQLANIB
Xarici işlər naziri (XİN) Ceyhin Bayramov 44 günlük Vətən müharibəsi zamanı – oktyabrın 9-da Moskvada Rusiya-Azərbaycan-Ermənistan XİN rəhbərləri arasındakı 10 saatdan artıq davam edən görüşün bəzi detallarını açıqlayıb.

Yenicag.az xəbər verir ki, XİN rəhbəri İTV-nin efirində yayımlanan “Təmas xətti” layihəsində qonaq olarkən sözügedən məsələ haqda danışıb.
Nazir Rusiyanın irəli sürdüyü təklifi ilk dəfə açıqlayıb:
“Danışıqlar başladıqda Rusiya XİN rəhbəri Sergey Lavrov bizə ilkin sənəd layihəsini verdi. Sənədə baxdıq və gördük ki, bir neçə maddədən ibarətdir. Sənədə əsasən, oktyabrın 9-dan 10-a keçən gecə bütün hərbi əməliyyatlar dayandırılmalı, təmas xəttinin Şərq istiqamətində Rusiya Sülhməramlı Qüvvələri (SQ) ilə Azərbaycan Ordusu, Qərb istiqamətində isə yenə də Rusiya SQ ilə erməni tərəfi dayanacaq. Layihədə 9-u tarixdə atəşkəs elan olunan kimi, heç bir əlavə şərtlər razılaşdırılmadan, o cümlədən erməni hərbçiləri orda qalmaqla, heç bir ərazi boşaldılmadan həm Qərb, həm də Şərq istiqamətində Rusiya SQ yerləşdirilir…”.
Məlik Məlikov












