Kənan Seyidovun müavini general-mayor rütbəsi aldı
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.
Yenicag.az-ın məlumatına görə, general-mayor ali hərbi rütbəsi alan hərbi qulluqçulardan biri polkovnik Etibar İsmayıl oğlu Məhərrəmovdur.
O, Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini – Qərargah rəisi vəzifəsində çalışır.
Etibar Məhərrəmov Laçın rayonunun Sus kəndindəndir. O, müharibədə göstərdiyi xidmətlərə görə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və digər medallarla təltif edilib.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordusunun Komandanı Kənan Seyidovdur. Ona isə bu gün general-leytenant ali hərbi rütbəsi verilib.












