Ukrayna ordusu Krımda neft bazalarını vurdu
Ukrayna ordusu Krımdakı Qvardeyskaya neft bazasına zərbə endirib.
Yenicag.az xəbər verir ki, bu abrədə Ukrayna ordusunun Xüsusi Əməliyyatlar Qüvvələrindən məlumat verilib.
Məlumata görə, noyabrın 6-sı gecə saatlarında PUA ilə yanacaqla dolu RVS-400 çəni vurulub.
Bundan əlavə, həmin ərazidə park edilmiş sistern vaqonları olan iki qatar məhv edilib.
Bildirilib ki, gecə hücumları nəticəsində Simferopol və ətraf ərazilərdəki neft bazaları və yanacaq-sürtkü materilları anbarlarına da zərbə endirilib.












