Türkiyə səfiri Ertem Şenerlə görüşüb

media-hightechnic-468x90

Türkiyəli jurnalist, “Qarabağ” və “Çelsi” komandaları arasında keçiriləcək Çempionlar Liqası oyununun şərhçisi Ertem Şener Bakı səfəri çərçivəsində Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edib.

Yenicag.az xəbər verir ki, o, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün ilə görüşüb.

“8 Noyabr Zəfər Günü ərəfəsində Bakıya səfərim zamanı səfirliyimizi ziyarət etdim. Səfirimiz Birol Akgünlə səmimi söhbət etdik. Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun 1918-ci ildə Bakını işğaldan azad etməsindən tutmuş Qarabağ Zəfərinə qədər olan qardaşlıq tariximizi öyrənmək mənə böyük qürur verdi”, – o “X” hesabındakı paylaşımda qeyd edib.

Jurnalist, həmçinin 2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələlər zamanı Azərbaycanın göstərdiyi dəstəyin unudulmaz olduğunu vurğulayıb: “Azərbaycanlı qardaşlarımızın yardımları heç vaxt unudulmayacaq, əbədi minnətdarıq.”

Ertem Şener “Türkiyə və Azərbaycan qardaşlığı və ittifaqı əbədi, sarsılmaz və bənzərsizdir” sözləri ilə paylaşımını tamamlayıb./apa

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa