İŞİD ABŞ-ı belə aldadır

media-hightechnic-468x90

33368Qərb xüsusi xidmət orqanlarının İŞİD qarşısında nə üçün aciz qaldığının sirri açılıb.

Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, “İslam dövləti” döyüşçüləri mesaj göndərmək üçün ABŞ kəşfiyyat orqanları MKİ və MTA tərəfindən deşifrə edilə bilməyən proqramlardan istifadə edir.

“Washington Times” qəzeti yazır ki, bu haqda Yaxın Şərqin KİV üzrə tədqiqat institutunun rəhbəri Stiv Stalinski məlumat verib. Stalinskiyə görə İŞİD-in istifadə etdiyi “Surespot” və “Kik” proqramları kəşfiyyat orqanlarının müdaxiləsini bloklayır.

“Zaman keçdikcə texnologiya şirkətləri hökumətlərin nəzarətindən yayına ilə daha çox şifrələnmiş proqramlar yarada bilirlər. Bu texnologiyalar yaranan kimi cihadçılar sürətlə onları tətbiq edir” – deyə Stalinski bildirib.

Bəzi İŞİD-çilər MKİ və MTA-nın sirlərini ifşa etdiyi üçün Edvard Snoudenə təşəkkür də ediblər. Snouden ABŞ kəşfiyyatının terrorçuları hansı yolla izlədiyi haqda xeyli sənəd yaymışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600