Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

İŞİD əl-Bağdadidən sonra: Tamam, yoxsa davam? - Elxan Şahinoğlunun ŞƏRHİ

“Amma bu, o demək deyil ki, əl-Bağdadinin öldürülməsi ilə bölgədə terrorun kökü kəsiləcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında İŞİD terror şəbəkəsinin lideri Əbubəkr əl-Bağdadinin öldürülməsi və yaxın müddətdə qruplaşmanın yeni liderinin “yaradılacağı” haqda ehtimalları dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, əl-Bağdadinin öldürülməsindən sonra “yeni lider”in ortaya çıxarılması ilə yanaşı, İŞİD-in bazasında yeni terror qruplaşmasının yaradılması da mümkündür:

“Ötən əsrin 90-cı illərinin sonu, 2000-ci illərin əvvəlində əl-Qaidəyə qarşı da mübarizə aparılırdı. 2001-ci il 11 sentyabr hadisələrindən sonra bu mübarizə daha da genişləndi. Əl-Qaidənin lideri də Pakistanda tapılıb öldürüldü. Amma bununla belə, əl-Qaidə tamamilə sıradan çıxmadı. Şəbəkənin bazasında ondan daha da qorxunc İŞİD terror qruplaşması yaradıldı. İŞİD İraq və Suriyada ərazilər ələ keçirdi, ona qoşulanların sayı on minlərə çatdı. Təəssüf ki, Azərbaycandan da bu qruplaşmaya qoşulanlar oldu.

Son illərdə görülən tədbirlər nəticəsində İŞİD də tamamilə zəiflədi. Amma bu, o demək deyil ki, əl-Bağdadinin öldürülməsi ilə bölgədə terrorun kökü kəsiləcək. Terror müxtəlif regionlarda illərdir, davam edir, tamamilə yox olmur, sadəcə, miqyası dıyişir. Mümkündür ki, İŞİD-in yerinə başqa bir terror şəbəkəsi yaradılsın və ya elə öz içərilərində kimsə liderliyi üzərinə götürsün. Amma şəbəkə yenidən yaradılsa da, əvvəlki gücündə olmayacaq”.

Politoloqun fikirncə, Tramp əl-Bağdadinin öldürülməsini bu qədər geniş təbliğ etməklə, öz reytinqini yüksəltməyi düşünür:

“Əgər İŞİD yeni lider seçəcəkdə, Amerika o şəxsi də məhv etməyə çalışacaq. Təəssüf ki, Amerikanın siyasətində “mənim terrorçum”, “sənin terrorçun” kimi ikili standartlar da var. Məsələn, PKK da terrorçu təşkilatdır. Onun Suriya qolu olan YPG ilə Amerika əməkdaşlıq edir. YPG liderini Vaşinqtona dəvət edərək, onunla müzakirə də aparıblar. Bu, doğru yanaşma deyil.

ABŞ-ın bölgədəki əsas müttəfiqi Türkiyədir. İŞİD-ə qarşı savaşaraq, PKK-nı müttəfiq seçmək artıq ikili standartdır. Məhz buna görə də Türkiyə və ABŞ arasında münasibətlər indiki vəziyyətə gəlib. Tramp o qədər ağlasığmaz açıqlamalar verir ki…. O, gah Ərdoğanı təhqir edir, gah da onu öz yaxın dostu adlandırır.

İndi də əl-Bağdadinin öldürülməsindən öz reytinqi üçün faydalanmağa çalışır. Vaxtilə əl-Qaidənin lideri öldürüləndə, Obama da bundan öz reytinqi üçün istifadə etmişdi. Tramp ona görə indi fəxrlə “mən öldürtdüm”, “mənim əməliyyatımdır” deyir. Amma Rusiya məsələyə fərqli yanaşaraq, Bağdadinin öldürüldüyünə şübhə edir. Çünki təkzibedilməz fakt yoxdur”.

Aqil Bəkir

www.yenicag.az

1730
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM