İŞİD geri çəkilmək üzrədir
İŞİD isə qüvvələrini Suriya ərazilərindən kürd bölgələrinə və İraqa doğru çəkir, Suriya hökumət qüvvələri genişmiqyaslı əməliyyatlar başladır
Suriya ordusu ölkə boyunca böyük hücum əməliyyatını başladıb. Ötən həftə ölkənin cənubundakı Dəra şəhərində və paytaxt Dəməşq ətrafında başlayan geniş miqyaslı əməliyyat Suriyanın ikinci böyük şəhəri Hələbi də əhatə edib. Yeri gəlmişkən, Suriya ordusunun yeni antiterror əməliyyatı başladacağı ilə bağlı ötən həftə prezident Bəşər Əsəd BBC-yə müsahibəsində açıqlama vermişdi.
“Əl-Cəzirə” telekanalının məlumatına görə, ötən gün səhər saatlarında hökumət qüvvələri Hələbdə nəzarətdə saxladıqları Handarat və Sifat qəsəbəsindəki mövqelərindən hücuma keçərək Başköy, Harededniyen ve Ridyen kəndlərində nəzarəti ələ alıb. Bununla da ötən ilin oktyabrından Suriya ordusunun başlatdığı Hələbin mühasirəyə alınması prosesi böyük həcmdə tamamlanıb.
Ancaq şəhərin bir qismi hələ də müxaliflərin nəzarətindədir. Lakin son hücum əməliyyatından sonra Hələbi Türkiyə sərhədi ilə birləşdirən magistral yol ordu qüvvələrinin nəzarətinə keçib və bununla da faktiki olaraq şəhərin xariclə əlaqəsi kəsilib.
Son məlumata görə hazırda Suriya ordusunun Hələbin mühasirəsini qapadılması üçün daha əvvəl mövcud olan 14 kilometrlik ərazini son hücum nəticəsində 6 kilometrə endirib. Şiddətli döyüşlərdə hər iki tərəfdən itkilərin olduğu və Suriya ordusu tərəfdən Hizbullah silahlılarının döyüşlərə qatıldığı bildirilir. “əl-Cəzirə” səhər saat 5 radələrində başlayan hücum əməliyyatının Hizbullah döyüşçüləri tərəfindən gerçəkləşdirildiyini qeyd edib.