!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD-in əlindəki bu qədər “Toyota” haradandır?

!Reklam – Yazi

112595_res_01ABŞ-ın terrorçuluqla mübarizə aparan rəsmiləri dünyanın ikinci böyük avtomobil istehsalçısı olan “Toyota” şirkətinə sorğu göndəriblər.

Rəsmilər İŞİD silahlı qruplaşmasının bu qədər “Toyota” pikap və SUV-tipli maşınları necə əldə etməsi ilə maraqlanırlar. Bu avtomobillər terrorçu qruplaşmanın İraq, Suriya və Liviyadan yaydığı videolarda görünür.

“ABC News” xəbər verir ki, sorğunu ABŞ Maliyyə Departamentinin terrorun maliyyələşdirilməsi bölməsi göndərib. “Toyota” bildirir ki, İŞİD-in maşınları necə almasını bilmir.

“Biz departamenti “Toyota”nın Yaxın Şərqdəki təchizat şəbəkələri və “Toyota”nın bu şəbəkənin bütövlüyünü qorumaq üçün həyata keçirdiyi proseduralar barədə məlumatlandırdıq” – “Toyota”nın Vaşinqtondakı təmsilçisi Ed Levis deyib.

“”Toyota” öz maşınlarının yarımhərbi və ya potensial terrorçu qruplaşmalara satılmaması üçün sərt siyasət yürüdür” – deyən Ed Levis onu da əlavə edib ki, şirkətin oğurlanmış, yaxud vasitəçilərin əliylə alınmış, yenidən satılmış ikinci əl avtomobilləri izləməsi mümkünsüzdür.

İŞİD-in videolarında daha çox “Toyota Hilux” pikapları görünür. Bu maşınlar adətən ağır silahlar və terrorçularla doldurulmuş olur. İraqın ABŞ-dakı səfiri Lukman Feyli “ABC News”a deyib ki, köhnə maşınlardan istifadə bir yana, İŞİD son illər ərzində “Toyota”dan yüzlərlə yeni maşın alıb. İraq hökuməti belə düşünür.

“Təəssüf ki, “Toyota Land Cruiser” və “Hilux” demək olar İŞİD adının bir hissəsinə çevriliblər. İŞİD bu maşınları hərbi, terror fəaliyyətində istifadə edir. İŞİD-in videosunda “Toyota” karvanı gözə dəyir, bu, bizi çox narahat edir” – bunu isə ABŞ-ın BMT-dəki keçmiş səfiri Mark Uollas söyləyib.

M.Uollas antiterror məsələləri üzrə bir layihənin rəhbəridir.

“Toyota” isə İŞİD videolarındakı maşınların köhnə model olduğunu bildirir. Ed Levis bir daha vurğulayır ki, şirkət maşınlardan sui-istifadəyə gətirən dolayısı və qanunsuz yolları nəzarətdə saxlaya bilməz.

Hələ 2014-cü ildə “Public Radio İnternational” xəbər yayıb ki, Dövlət Departamenti Suriya üsyançılarına 43 “Toyota” göndərib. Avstraliyada isə 2014-2015-ci illərdə 800-dən çox “Toyota” itib. Terrorçuluq üzrə ekspertlər bu maşınların İŞİD ərazisinə aparıldığını güman edirlər.

“ABC News” yerli “Toyota” distributorları ilə əlaqə saxlayıb. Onlar da İŞİD-in bu maşınları necə əldə etdiyini bilmədiklərini deyiblər(virtualaz).

www.yenicag.az

516
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv