İŞİD-in gizli internet şəbəkəsi
İsrailin “Haaretz” qəzeti İŞİD-in internetdən çox ciddi istifadə etdiyini bildirib. Üstəlik, texniki kəşfiyyat mütəxəssislərinin hörümçək ağlarına ilişmədən.
Yenicag.az “Haaretz”ə istinadən xəbər verir ki, İŞİD diqqət çəkməmək və yaxalanmamaq üçün “dark internet”dən istifadə edir və online pul vahidi olan “bitcon” sayəsində ciddi maliyyə qaynağı yaradırlar.
Təşkilata internet üzərindən pul yığan “Abu-Mustafa” adlı adamın etiraflarına görə, İŞİD üçün pul yardımı toplayanların çoxu ABŞ-da yaşayır. Lakin gizli internet proqramlarından istifadə etdikləri üçün yaxalanmırlar.