Reklam

Reklam

Aqil Ələsgər qadın sünnətinin İslamda yerinin olmadığını və Afrika yəhudilərinə məxsus adət olduğunu açıqladı

BMT İŞİD-in Mosul və ətraf şəhərlərdəki qadınların və qız uşaqlarının sünnət edilməsi ilə bağlı fitva verdiyini açıqlayıb.

Bunu BMT-nin İraqdakı humanitar yardım koordinatoru Jaklin Badkok verdiyi açıqlamasında deyib.“Bu, İraq üçün yeni bir şeydi, xüsusilə də bu bölgədə. Bu, çox narahatlıq doğuran bir vəziyyətdi və nəzarətə götürülməlidir”, – deyə Badkok bildirib.

Məsələ ilə bağlı İŞİD heç bir açıqlama verməyib.

10478700_10203371929691715_4175347505121933282_oİslamda qadın sünnətinin olub-olmamasına araşdırmaçı dinşünas Aqil Ələsgər öz Facebook səhifəsində münasibət bildirib: “İŞID-ın qadınların sünnət etdirilməsi Firon sünnəti adlanır və Qədim Misirdə və Afrika qəbilələri və Beta İsrail adlanan Etiyopiya yəhudiləri tərəfindən həyata keçirilən bir mərasimdir. İslamda belə bir şərt olmadığı kimi bu barədə Əbu Davuda istinad edilən hədis də zəifdir və Dünya Müsəlman Üləmalar Birliyinin baş katibi və Əl Əzhər Üniversitetinin üzvü Dr. Muhammad Salim al-Awwa tərəfindən rədd edilmişdir. Bu sünnət sırf bir sıra isti ölkələrdə dinlə əlaqəsiz ənənədən başqa bir şey deyil. İŞID-ı yaradanlar insanları İslamdan uzaqlaşdırmaq üçün hər yola əl atdıqlarından xüsusilə Avropada genetik şikəstlik adı verilən qadın sünnətini də İslama bağlamaq istəyirlər”.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 86
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."