Rusiyada təşkil olunacaq Dünya Çempionatından əvvəl terror təşkilatı İŞİD ulduz futbolçulara təhdidlər yağdırır.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl də çempionatla əlaqədar Rusiyanı təhdid edən terror təşkilatı bu dəfə Messi və Ronaldonu hədəf alıb. Belə ki, yayımlanan şəkillərdə ulduz futbolçuların başının İŞİD-çilər tərəfindən kəsildiyi təsvir olunub.
Qeyd edək ki, onlar Dünya Çempionatını qana boyamaqla Suriyada baş verənlərə görə Putindən intiqam almaq istədikləri bildirmişdilər.