“İşıq evi”ndə uşaqlar necə valideynlərindən uzaqlaşdırılır? – Moskvadan şikayət var – I Yazı

gulenin-memleketinde-diyanetten-ogrenci-evleri-h1440871005Bir neçə il əvvəl həm Rusiyadakı, həm də Azərbaycandakı mətbuat “Azərbaycan – Rus Mədəniyyət və Həmrəylik” Mərkəzi haqqında sensasiyalı məqalələr  yazmağa başladı. Rusiyada yaşayan ziyali təbəqəyə aid olan insanlar üçün bu xəbər bir partlayış olmuşdu. Çünki həmin təşkilatın tədbirlərinə Moskva ziyalıları hər zaman dəvət alırdılar, onları həmin mərkəzin işçiləri gülər üzlə qarşılayıb, yola salırdılar. Şoka salan məsələ isə bu təşkilatın rəhbərliyi və üzvləri Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları olmaqda ittiham olunması idi. Təşkilat rəhbərliyi belə bir ifşadan sonra çox çalışsada ki, iz azdırsın, onların bütün cəhdləri puc oldu.

Həmin il təşkilatda xeyli dəyişiliklər edildi, aktiv üzvlərindən tutmuş təşkilatın ünvanını və adını belə dəyişməyə məcbur qaldılar, yenə də Moskva ziyalı təbəqəsini və təşkilatda aldadılmış şəkildə fəaliyət göstərən fəalları saxlaya bilmədilər. Hamı bu təşkilatla adı bağlı adam görəndə, yolunu dəyişirdi ki, birdən “salam” verərlər. Çünki hər kəs bunlardan gələn təhlükəni hiss edirdi.

Çıxılmaz vəziyyətdə qalan gülənçilər belə bir qərara gəldilər ki, ara sakitləşənə kimi üzə çixmasınlar və gizlicə fəaliyətlərini davam etdirsinlər. Doğrudanda, son bir ildı Moskva gülənçiləri açıq heç bir təbliğatla məşğul olmadılar. Gülənçi adını üzərlərindən götürmək və fikir yayındırmaq  üçün Azərbaycandan artistlər və tanınmış simaları Moskvaya gətirdilər ki, onlarin simasında insanlarda fikir dəyişikliyi yaratsinlar. Gülənçilərin bu taktikası demək olar ki, effektiv nəticə verə bildi.

Deməli, üzdə “artistlik” edib, insanları yenə də aldatmaqla bərabər, yenə də öz neqativ əməlləri ilə məşğul idilər.

Bu yaxınlarda Rusiyadan bizimlə əməkdaşlıq edən bir jurnalistə iki ailə muraciət edib. Jurnalistin sözlərinə görə, vaildeynlərdən biri göz yaşı tökərək görüş üçün yalvarırdı  və ananın ah-naləsini görən jurnalist vaildenləri nərahat edən məsələ ilə yaxından tanış olub.
Vaildenlərin birinin dediklərinə görə, onun iki oğlu var və ikisi də son bir ildə hansısa bir Azərbaycan təşkilatına üzv olublar. Hər şey də elə bundan sonra başlayib.
Vaildeyn deyir: “Uşaqların həmin təşkilata gedib gəldikdən sonra çox dəyişdilər, elə bil onlari heç biz böyütməmişik, hara gedirlər, kiminlə oturub dururlar,  bizdən gizlətməyə başladılar. Bizim onlarla bir stol arxasında oturub söhbət etməyimiz hər dəfə dava qirğın ilə bitirdi. Evdən pullarını yığıb, hamısını aparib o təşkilatdakı Elvin adlı şəxsə verirdilər. Pul məsələsini eşidən həyat yoldaşım çox hirsləndi və qərara gəldi ki, övladları ilə sərt danışsın. Nəticədə həmin gündən bəri uşaqlarımız evdən baş götürüb getdilər. İndi balaca oğlum hərdən atası evdə olmayanda gəlir evə, deyir ki ana, narahat olma, bizə kirayə ev tutublar, biz orada bizim kimi başqa uşaqlarla yaşayırıq, hamısı tələbədir. Mənim sualıma ki, o evi sizə kim tutub, oğlum deyir ki “Azərbaycanlı iş adamları” var, onlar tutublar ki,  biz yaşayaq. Bu sözləri mən eşidəndə məni vahimə bürüyür ki, görəsən kimdi o “azərbaycanlı iş adamları” ki,  övladlarımızı bizdən qoparıblar”.

İkinci valideynin də başına təxminən eyni fəlakət gəlib: “Mənim oğlum onların içinə təzə düşüb və o da hər üçüncü və cümə günləri həmin o kirayə tutulan evə gedir. Mənim oğlumda evdən pul daşıyıb, orada adı çəkilən Elvinə aparır, mən isə qorxuram oğlum ilə pul haqqında söhbət etməyə. Qorxuram ki , o da acıq edib, evdən gedə bilər, o mənim tək övladımdır, o gedərsə, mən ölərəm”.
Bu valideyn qeyd edir ki, oğlunun telefonunda gördüyü mesajlar onu sarsıdıb. Belə ki, ana qeyd edir ki, oğlumun telefonunda siyahı vardı. O siyahıya görə, oğlunun kimə nə qədər pul verəcəyi, evdən apardığı pulu kimlərə xərclədiyi yazılmışdı.

Uşaqlarının təhlükəsizliyinə görə, adlarını çəkə bilmədiyimiz valideynlərin verdikləri bilgilər əsasında araşdırmalara başlamışıq. Adı keçən Elvinin Qəbələ rayon sakini Atakişiyev Elvin olduğunu müəyyənləşdirmişik. Gülənə bağlı “İşıq evləri”ndən birində ev imamı olaraq, çalışan bu şəxs həm də Gülənin sabiq Moskva imamı, hazırda ABŞ-da yaşayan Namiq Şahpələngovun əsasını qoyduğu dərnəyin üzvlərindən biridir. Üzdə o qədər görünməyən E.Atakişiyev ifşa olunandan sonra Moskvadan qaçan imam Elşad Çərkəzovu əvəzləyib.

Araşdırmalarımız davam edir.

Əlisəfa/Moskva

Yenicag.az

 

COP29