!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İslam Kərimov insult keçirib – Yenilənib

!Reklam – Yazi

prezident xestexanaÖzbəkistan prezidenti İslam Kərimov insult keçirməsi səbəbindən avqustun 27-də xəstəxanaya yerləşdirilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Fərqanə” agentliyi Daşkənddəki mənbələrə istinadən məlumat yayıb.

Agentlik İ.Kərimovun Daşkənddəki iqamətgahının milis və xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən üçqat əhatəyə alındığını yazıb. Daşkəndə xaricdən prezidentin xəstəliyi barədə məlumatlı olan həkimlər gəliblər.

Ancaq hələ ki, bu məlumat rəsmən təsdiqlənməyib.

***

Özbəkistan prezidenti İslam Kərimov xəstəxanaya yerləşdirilib.

AzVision.az xəbər verir ki, bu barədə Özbəkistan Nazirlər Kabinetinin məlumatında bildirilib.

Qeyd edilib ki, İslam Kərimov stasionar müalicə alır.

Məlumata əsasən tam tibbi müayinə və sonrakı müalicə müəyyən zaman tələb edəcək.

Qeyd edək ki. Özbəkistan prezidenti İ. Kərimovun 78 yaşı var.

 

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv