İslamiada: Xanım karateçimizdən qızıl medal

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın aktivinə daha bir qızıl medal yazdırılıb.

Yeniçağ.Az xəbər verir ki, bu uğura 61 kq çəki dərəcəsində mübarizə aparan Fəridə Abıyeva imza atıb.

Xanım idmançımız karatenin kumite yarışının finalında iranlı Rozita Əlipurkaşkalesadı 3:0 hesabı ilə məğlub edib.

Yeniçağ.az