İslandiyada bir şəhər məhv ola bilər

media-hightechnic-468x90

Paytaxt Reykyavik yaxınlığındakı təxminən 4000 əhalisi olan İslandiyanın şəhəri yaxın bir neçə saat və ya gün ərzində gözlənilən vulkan püskürməsi nəticəsində ciddi ziyan görə bilər.

Yenicag.az xəbər verir ki, ölkənin cənub-qərbindəki Qrindovik şəhəri şənbə günü səhər tezdən püskürmənin xəbərçisi olduğu güman edilən maqmanın yer qabığının altındakı yerdəyişməsindən sonra boşaldılıb.

İslandiyanın Mülki Müdafiə və Fövqəladə Hallar İdarəsinin rəhbəri Vidir Reynisson bildirib ki, hökuməti ərazidəki bütün evlərin və infrastrukturun vəziyyəti çox narahat edir:

“Təxminən 15 kilometr uzunluğunda bir çökmə mövcuddur və bu çökmənin istənilən nöqtəsində püskürmə baş verə bilər”./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa