Reklam: High Technic
hightechnic

İsmayıllıda 11-ci sinif şagirdi itkin düşdü

İsmayıllı rayonunda 18 yaşlı gənc itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundandan verilən xəbərə görə, 2000-ci il təvəllüdlü Bilal Nağıyev martın 27-də səhər saatlarında rayonun İsmayıllı kəndində yaşadıqları evdən məktəbə getmək adı ilə çıxıb və geri qayıtmayıb. Bilal Nağıyevin əlamətləri: Boyu 180 sm, arıq bədən quruluşlu, xüsusi əlamət kimi sifətinin sağ tərəfində çapıq var.

O, evdən çıxarkən əynində qırmızı rəngli jaket, göy rəngli qolsuz gödəkçə, qara rəngdə cins şalvar olub. Həmin şəxsi görənlərdən İsmayıllı Rayon Polis Şöbəsi, eləcə də 020-28-5-11-89, 055 268 07 67 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

www.yenicag.az

3716