İsmayıllıda 24 yaşlı oğlan intihar etdi

media-hightechnic-468x90

Bu gün İsmayıllı rayonunun Talıstan kəndində intihar hadisəsi baş verib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, kənd sakini, 1999-cu il təvəllüdlü Musayev Məhəmməd Mütəllim oğlu yaşadığı evdə ov tüfəngindən özünə atəş açıb.

Baş nahiyyəsindən güllə yarası alan M.Musayev hadisə yerində dünyasını dəyişib.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

M.Musayevin özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa