İsrail 2 ildir davam edən müharibədə itkilərini açıqladı
“2023-cü il oktyabrın 7-dən bu yana 1152 əsgər döyüşlərdə həlak olub, onların 40%-dən çoxu 21 yaşdan kiçik və məcburi hərbi xidmətdə olanlardır”.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik ölənlərdən 141-nin 40 yaşdan yuxarı olduğunu, ölənlərin əksəriyyətinin ehtiyatda olan hərbçilər, vəzifəli şəxslər, xidmət müddətini uzadmış hərbçilər və ya məcburi yaş həddinə çatdıqdan sonra xidmətini başa vuran şəxslər olduğunu açıqlayıb.
Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə 2 ildir davam edir. /unikal