İsrail əməliyyatda 6 HƏMAS dəniz komandosunu məhv edib
İsrail Müdafiə Qüvvələri (IDF), Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi və Cənub Komandanlığının birgə əməliyyatı nəticəsində altı HƏMAS dəniz komandosu öldürülüb.
Yenicag.az xəbər verir ki, bu barədə İsrail ordusu rəsmi məlumat yayıb.
Bildirilir ki, öldürülən terrorçular “Dəmir Qılınclar” müharibəsi zamanı İsrailin mülki əhalisinə və təhlükəsizlik qüvvələrinə qarşı dənizdən terror hücumları planlaşdırıblar. Onlardan bəziləri oktyabrın 7-də törədilən vəhşicəsinə qətliamın hazırlanmasında iştirak edib.
Hazırda İsrail ordusu HƏMAS-ın dəniz qüvvələrinə qarşı genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirir. Döyüş gəmiləri, silah anbarları və HƏMAS-la əlaqəli digər hədəflər bloklanır.