İsrail fələstinlilərin sığındığı məktəbi vurdu

media-hightechnic-468x90

Qəzzanın şimalında Cibaliya bölgəsində fələstinlilərin sığındığı məktəb vurulub.

Yenicag.az xəbər verir ki, İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Cibaliya Qaçqınlar Düşərgəsində məcburi köçkün fələstinlilərin sığındığı məktəbə hava hücumu təşkil edib.

Hadisə şahidləri bildiriblər ki, İsrail ordusu adıçəkilən düşərgənin bəzi hissələrindən geri çəkilib. Ordunun geri çəkilməsindən sonra fələstinlilər düşərgədəki məktəbə sığınıb.

İsrail ordusu isə sözügedən məktəbi pilotsuz uçuş aparatları (PUA) ilə bombalayıb. Hücumda ölən və yaralananların olduğu bildirilsə də, onların sayı dəqiqləşdirilməyib./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa