!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail İrana casusluq edən şəxsi ələ keçirdi

!Reklam – Yazi

İsrail İran kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən və Negev Nüvə Araşdırmaları Mərkəzi ilə bağlı həssas məlumatları satmağa cəhd etməkdə ittiham olunan şəxsi saxlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “İsrael HaYom” qəzeti məlumat yayıb.

Məlumata görə, Doron Buhobza adlı İsrail vətəndaşı İranın xüsusi xidmət orqanları ilə qəsdən əlaqə saxlamaqda və məxfi məlumatları satmağı təklif etməkdə ittiham olunur.

Rəsmi məlumatlara görə, o, son aylarda İran kəşfiyyatçılarının göstərişi ilə tapşırıqlar yerinə yetirib və bunun müqabilində pul alıb.

İsrailin Cənub Bölgəsi Prokurorluğunun verdiyi məlumatda bildirilib ki, Buhobza həssas obyektlər haqqında məlumat verməklə yanaşı, bəzi yerlərin görüntülərini də İran tərəfinə göndərib.

“Onun nüvə obyektlərinə birbaşa çıxışı olmasa da, verdiyi məlumatlar İsrailin təhlükəsizliyinə təhlükə yarada bilərdi”, – məlumatda qeyd olunub.

www.yenicag.az

78
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv