İsrail kimə güvənir? "Bütün əməliyyatlar Amerika ilə razılaşdırıldıqdan sonra..."

media-hightechnic-468x90

“ABŞ – İsrail münasibətlərinin soyuması İrana qarşı müttəfiqlik strategiyasına təsir göstərmir.”

media-banner_tkm

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib.

A. Səmədov ABŞ və İsrail münasibətlərində müharibənin son günlərində yaranan soyuqluqdan danışaraq bu soyuqluğun müttəfiqliyə təsir göstərməyəcəyini bildirib:

“İsrailin Amerika ilə problemləri daim olub və bundan sonra da olacaq. Bu problemlər iki dövlət arasında ciddi soyuqluq yarada bilməz. Bunu Tramp da anlayır. Qarşıda aralıq seçkiləri gəlir, yəhudi lobbisinin seçkiyə təsiri ona yaxşı məlumdur. Eyni zamanda İsrail hökuməti də bunu anlayır. Onlar bilir ki, ABŞ olmadan İsrailin mövcudluğu ciddi sual altına düşə bilər. Buna görə də, İsrailin bütün əməliyyatları Amerika ilə razılaşdırıldıqdan sonra aparıla bilər. Bir qayda olaraq Livan ərazisində əməliyyatları İsrail təkbaşına aparır. Onu da nəzərə almaq lazımdır ki, son günlər ABŞ onlarla təyyarəni İsrail ərazisində yerləşdirib və bu təyyarələrin sayı artmaqdadır. Məqsəd isə İrana daha ağır zərbələr vurmaqdır. Bu hər bir halda mümkündür ki, bu zərbələr İsraillə birlikdə vurulacaq. ABŞ və İran arasında hərbi əməliyyatlar daha kəskin şəkil alır. Bu hərbi əməliyyatların miqyası daha da artacaq və bu əməliyyatlar ABŞ – İsrail müttəfiqliyi ilə aparılacaq.”

Şərhçi qeyd edib ki, İsrail ABŞ-a NATO-dan da bir addım yaxındır:

“İsrail Amerikanın NATO-dan kənar əsas müttəfiqidir və onlardan da yaxındır. Onların münasibətlərinin pozulması, aralarında ciddi münaqişənin yaranması qeyri-mümkündür.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05