İsrail mediası HƏMAS-ın yeni təyin edilən lideri Yəhya Sinvarın hücum nəticəsində öldürüldüyünü iddia edib.
Yenicag.az xəbər verir ki, yerli media Yəhya Sinvarın cəsədinin fotolarını paylaşıb. Fotolarda Sinvara aid olduğu iddia edilən cəsəd xarabalıqlar arasında başında böyük yara izi ilə görünüb.
İsrail mediası bu fotoları dərc edildikdən qısa müddət sonra “senzura tələbləri” səbəbindən silib. İsrail hökuməti hadisə ilə bağlı mətbuata qadağa qoyub.
İsrail ordusu və İsrail Daxili Kəşfiyyat İdarəsi Şin Bet xəbəri araşdırdıqlarını açıqlayıb.
Nəsimi Ələsgərli
www.yenicag.az