Mayın 30-da İsrailin Prezidenti İsxak Hersoq və xanımı Mixal Hersoq Bakıda Şəhidlər xiyabanını ziyarət ediblər.
Yenicag.az xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında İsrailin və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən İsrail Prezidentinə və xanımına Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
www.yenicag.az