“İndiki İsrail ötən ilin oktyabr əməliyyatlarına qədər olan İsrail deyil”.
Yenicag.az xəbər verir ki, bunu İsrail-Livan müharibəsinin mümkün ehtimallarından danışan politoloq Qabriel Ben-Dor deyib.
Onun sözlərinə görə, İsrail ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçməsindən öncə atəşkəsə nail olmağa çalışır.
“Hər iki tərəf də bir-birinə qarşı hücum edə bilər. “Hizbullah”ın tərksilah olmaq fikri isə yoxdur. Atəşkəs razılaşması “Hizbullah”ı tərksilah etməyi deyil, Livan ərazisinin İsraillə sərhədi və Livanın Litani çayı arasında demilitarizasiyasını nəzərdə tutur. Çünki indiki İsrail ötən ilin oktyabr əməliyyatlarına qədər olan İsrail deyil. O, həm Qəzzada HƏMAS, həm də “Hizbullah” tərəfindən dərin yaralanıb”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az