İsraildən həyəcan təbili

media-hightechnic-468x90

img1832495İsrail baş nazir deyib ki, Tehranla istənilən saziş regionda nüvə silahlanmasına gətirib çıxaracaq

“İranla istənilən nüvə sazişi Tehranın atom silahı əldə etməsinin qarşısını ala bilməyəcək. Ərəb liderləri də bununla razılaşır”.

Yenicag.az xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

O, İsraildə keçirdiyi mətbuat konfransında deyib ki, Tehranla altı fövqəldövlət yekun nüvə sazişi üzərində işləyir. Məqsəd İranın nüvə proqramını məhdudlaşdırmaq, Tehrana iqtisadi sanksiyaları qaldırmaqdır. Məni həmişə bu məsələni geri çəkən kimi təsvir edirlər.

Qonşularımızın bəziləri ilə danışıram, sizə deyim ki, bu regionda heç kəs sazişin İranın bombaya gedən yolunu bağlayacağına inanmır.

B.Netanyahu bir daha xəbərdarlıq edib: “İranla istənilən saziş regionda nüvə silahlanmasına gətirib çıxaracaq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600